Haqqımızda
“Millennium” ticarət nişanı 2000-ci ildən etibarən Azərbaycanın qida sənayesində yüksək keyfiyyətli dondurma istehsalı və satışı üzrə ixtisaslaşmış aparıcı brendlərdən biridir. Yarandığı gündən etibarən müasir istehsalat prinsiplərinə sadiq qalan müəssisəmiz, yerli bazarda özünəməxsus mövqe tutaraq istehlakçıların etimadını qazanmışdır.
İstehsalat prosesimiz Avropanın ən qabaqcıl avadanlıqları ilə təchiz olunmuş müasir zavod kompleksimizdə həyata keçirilir. Keyfiyyətə nəzarət sistemimiz istehsalın hər bir mərhələsini əhatə edir. İstifadə olunan yüksək keyfiyyətli xammallar beynəlxalq laboratoriya standartlarına cavab verən, son texnologiyalarla təchiz olunmuş laboratoriyamızda ciddi yoxlamadan keçdikdən sonra istehsala yönləndirilir. Bu yanaşma bizə təqdim etdiyimiz hər bir məhsulun keyfiyyətinə tam zəmanət vermək imkanı yaradır.
Hazırda “Millennium” brendi altında 100-dən çox dondurma çeşidi istehsal olunur. Məhsul portfelimizin zənginliyi hər bir istehlakçı qrupunun tələblərini qarşılamağa yönəlmişdir. Geniş logistik şəbəkəmiz və Azərbaycanın bütün regionlarını əhatə edən nümayəndəliklərimiz sayəsində məhsullarımız ölkənin hər bir nöqtəsində əlçatandır.
Bizim fəaliyyətimizin əsasını innovativ texnologiyalarla ənənəvi ləzzətin sintezi təşkil edir. Peşəkar işçi heyətimiz və səmərəli idarəetmə sistemimiz sayəsində bazardakı mövqeyimizi daim möhkəmləndiririk. “Keyfiyyət uğurumuzun əsasıdır!” prinsipi ilə fəaliyyətimizi genişləndirir, daxili və xarici standartların tələblərinə uyğun olaraq inkişafımızı davam etdiririk.