“Millennium” dondurma zavodunun laboratoriyası müəssisənin istehsal zəncirində keyfiyyətə nəzarət sisteminin mərkəzi bölməsidir. Müasir Avropa texnologiyaları və yüksək dəqiqlikli rəqəmsal avadanlıqlarla təchiz olunmuş laboratoriyamız xammalın qəbulundan hazır məhsulun buraxılışına qədər bütün mərhələləri beynəlxalq standartlara uyğun şəkildə nəzarətdə saxlayır.

Laboratoriyanın fəaliyyəti iki əsas istiqamət üzrə qruplaşdırılmışdır:

Xammalın keyfiyyətinə nəzarət:

Zavoda daxil olan məhsullar və digər inqrediyentlər ciddi laboratoriya nəzarətdən keçirilir. Burada xammalın fiziki-kimyəvi göstəriciləri, təmizlik və təbiilik dərəcəsi ətraflı şəkildə analiz olunur. Yalnız laboratoriyanın təsdiqini almış xammal istehsalata buraxılır.

 

Texnoloji nəzarət:

İstehsalın müxtəlif mərhələlərində dondurma istehsalının bütün texnoloji parametrləri diqqətlə nəzarətdə saxlanılır. Satışa buraxılmadan əvvəl məhsulun bütün fiziki-kimyəvi göstəriciləri, eləcə də orqanoleptik göstəriciləri (dad, rəng, aroma, konsistensiya, struktur) yoxlanılır. Bu, “Millennium” məhsullarının hər birində unikal və sabit dad profilinin qorunmasına zəmanət verir.

 

Laboratoriyada analizlər yüksək ixtisaslı mütəxəssislər - qida sənayesi üzrə kimya mühəndisləri  tərəfindən həyata keçirilir. Personalımız öz sahəsində beynəlxalq yenilikləri mütəmadi izləyir və ixtisasartırma təlim proqramlarında iştirak edir. Müasir avadanlıqlarımız bizə həm yerli, həm də beynəlxalq qida təhlükəsizliyi normalarının tələblərinə uyğun fəaliyyət göstərməyə imkan verir.

 

 Bizim üçün keyfiyyət istehlakçılarımıza olan məsuliyyətimizin əsasıdır.