Dondurma fabrikimiz 2000-ci ildən istehsal fəaliyyətinə başlayıb. Şirkətimiz “Millennium” ticarət nişanlı dondurmaların istehsalı və satışını həyata keçirir. Hal-hazırda zavodumuz 100-dən çox dondurma çeşidi istehsal edir və Azərbaycanın
bütün regionlarında nümayəndəliyimiz var.

Bildirmək istəyirik ki, zavodumuz Avropanın ən qabaqcıl avadanlıqları ilə təchiz olunmuşdur. İstifadə olunan yüksək keyfiyyətli xammallar son texnologiyalarla təchiz olunmuş və Avropa stansdartlarına cavab verən laboratoriyada yoxlanaraq istehsala verilir.

Biz məhsullarımızın keyfiyyətinə zəmanət veririk və bununla qürur duyuruq. Keyfiyyət uğurumuzun əsasıdır!