Millennium Dondurma Yay Lotereyasını Başlatdı: KIA CERATO və iPhone 16 Qazan!

Millennium Dondurma yay mövsümünə həyəcan qatır! 28 May tarixində start verilən və 21 Sentyabrda başa çatacaq böyük lotereya aksiyası 3 ay davam edəcək. İştirakçılar KIA CERATO avtomobili və ya 4 ədəd iPhone 16 qazanmaq şansı əldə edirlər.
Lotereyada iştirak etmək çox asandır: sadəcə Millennium tətbiqini yükləyin, qeydiyyatdan keçin, dondurma məhsulu alaraq çekinizi tətbiqdə skan edin. Hər dondurma bir şans təqdim edir – daha çox dondurma ilə qalibiyyət şansınız da artır.
Qaliblərin seçimi tam şəffaf şəkildə Random.org platforması vasitəsilə keçiriləcək və sentyabr ayında Facebook, Instagram və YouTube üzərindən canlı yayımda elan olunacaq.
Unutma “Sən də qalib ola bilərsən, niyə də yox?” sloqanı ilə hər kəs üçün qələbə şansı var! Bu yay həm sərin, həm də həyəcanlı olacaq!