Наши контакты
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ şimal-qərbi
office@millennium.az
Номера телефонов
Ph: (+994 12) 406 43 35
Ph: (+994 55) 400 71 71
Faks: (+994 12) 406 43 36

Haqqımızda

tariximiz

«RICH S.A. MMC» şirkəti

2000-ci ildə qurulub

Bizim başlanğıcımız

«RICH S.A. MMC» 2000- ci ildən istehsal fəaliyyətinə başlayıb. Şirkətimiz “Millennium” ticarət nişanlı dondurmaların istehsalı və satışını həyata keçirir. Əminliklə deyə bilərik ki, bu gün şirkətimiz Azərbaycan dondurma bazarında aparıcı yerlərdən birini tutur.

Şəbəkə

Şirkətimizin Azərbaycan respublikasının
bütün regionlarında nümayəndəlikləri var.

Play Video

Xarici markaların paylanması

Şirkət öz istehsal etdiyi məhsullarla regionların dondurmaya olan təlabatını ödəmək gücündədir.

Bir çox tanınmış xarici dondurma istehsalçılarının dа rəsmi distribyutorluğu şirkətimizə məxsusdur.

Hər il şirkətimiz öz məhsul siyahısına yeni-yeni dondurma növləri əlavə edir. Bu zaman istehlakçı dondurmanı yeni qablaşdırma kimi deyil, tamamilə yeni növ və yeni dad kimi qəbul edir.

Strategiya

İstehsal haqqında

«RICH S.A. MMC» istehsal prosesində yeni texnologiyaların tətbiqində də böyük işlər görmüşdür.  Bundan başqa şirkət dondurma istehsalında yüksək keyfiyyətli ərzaq məhsullarından istifadə edir. İstifadə olunan xammal məhsullarının və istehsal olunan dondurmanın keyfiyyətinin və təhlükəsizliyinin yoxlanması üçün şirkət yüksək texnologiyalarla təchiz olunmuş və avropa standartlarının tələblərinə cavab verən laboratoriyaya malikdir.

Məhsul çeşidinin keyfiyyətinə və təhlükəsizliyinə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun şəkildə nəzarət edilir.  Bu da  həmçinin istehlakçı və müştərilərin tələb və istəklərinin ödənməsinə xidmət edir.

İstehlakçı uğrunda mübarizədə “Millennium” dondurmalarının öz  rəqibləri üzərində müvəffəqiyyət qazanmasının əsas faktoru yüksək keyfiyyətdir. Biz məhsulumuzun keyfiyyətinə zəmanət veririk və bununla hər an qürur duyuruq. Keyfiyyət şirkətin ümumi öhdəliyidir və məhsulun keyfiyyətinin artırılmasında yaxından iştirak etmək şirkətimizin hər bir əməkdaşının qarşısında duran əsas vəzifədir.

Keyfiyyət-uğurumuzun əsasıdır!

Əlaqə

Hər hansı bir sualınız var?

Telefon nömrələri
Ph: (+994 12) 406 43 35
Ph: (+994 55) 400 71 71

Email
office@millennium.az

Ünvan
Bakı şəhəri, Binəqədi rayonu,
Biləcəri ŞTQ şimal-qərbi